“Qarabağ”ın rəqibi onu transfer etdi

Türkiyəli futbolçu Yusuf Yazıcı karyerasını “Olimpiakos”da davam etdirəcək. SİA xəbər verir ki, bu barədə Yunanıstan klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, türkiyəli hücumameyilli yarımmüdafiəçi Yusuf Yazıcı azad agent kimi “Olimpiakos”a keçib. Yazıçının 27 yaşı var, o, “Trabzonspor”un yetirməsidir və eyni zamanda Fransada “Lill”də forma geyinib. Qeyd edək ki, “Olimpiakos” Avropa Liqasında “Qarabağ”ın rəqibləri arasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə