“Neftçi” – “Sumqayıt” oyununda qalib müəyyənləşməyib

Futbol üzrə Misli Premyer Liqasında VIII turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş qollu heç-heçə ilə nəticələnib - 1:1.

“Neftçi” 5 xalla 8-ci, “Sumqayıt” isə 7 xalla 7-ci pillədə qərarlaşıb. Günün ilk oyununda “Zirə” “Kəpəz”i 3:0 hesabı ilə üstələyib.

Bu nəticədən sonra “Zirə” 15 xalla 3-cü pilləyə yüksəlib. Xalı olmayan “Kəpəz” isə sonuncu – 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, ötən gün turun açılış oyununda “Araz-Naxçıvan” “Səbail”i məğlub edib – 3:2.

Bütün xəbərlər Facebook səhifəmizdə