UEFA “Barselona”nı cəzalandırdı

UEFA “Barselona” klubunu cəzalandırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Çempionlar Liqasının “Monako” ilə oyununda İspaniya klubunun azarkeşlərinin nasist (irqçi) pankartı nümayiş etdirmələri olub.

UEFA Kataloniya klubunu 10 min avro cərimələyib və komandanın avrokuboklarda növbəti səfər oyununa bilet satışını qadağan edib.

Qeyd edək ki, “Barselona” Çempionlar Liqasında növbəti səfər matçını noyabrın 6-da “Srvena Zvezda”ya qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə