UEFA “Qarabağ”ın oyunundan yazdı

UEFA-nın rəsmi saytı “Tottenhem”in Avropa Liqasının Liqa mərhələsinin ilk turunda Londonda “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib. SİA xəbər verir ki, yazıda Toral Bayramovun qaşırdığı imkan xüsusi vurğulanıb:

“Tottenhem” azlıqda olsa belə, inamlı qələbə qazandı. Eksperimental müdafiə xətti quran londonlular lap əvvəldən topu itirməyə başladılar ki, bu da sonda Radu Draquşinin 8-ci dəqiqədə meydandan qovulması ilə nəticələndi.

“Qarabağ” üstünlüyünü inkişaf etdirməyə çalışsa da, bir sıra qol imkanlarını əldən verdi. Amma “Tottenhem” qonaqların müdafiə səhvindən dərhal yararlandı və Brennan Consonun səyi ilə hesabı qısa zamanda açdı. Fasilədən sonra meydan sahiblərinin qapıçısı Qulyelmo Vikario “çərçivə”də möcüzələr yaratdı. Əks-hücumlardakı komanda yoldaşları Papa Sarra və Dominik Solankenin qolları sayəsində hesabı artırdılar. Toral Bayramov penaltidən intriqanı geri qaytara bilərdi, amma o, topu qapı dirəyinə vurdu”.

Bütün xəbərlər Facebook səhifəmizdə