Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib. SİA xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin "Tottenhem" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına töhfə verə bilməyib.

Hazırda 26-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.

25-ci pillədəki Kiprin 19,725, 27-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (89.303) yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə