Keçmiş futbolçuya silahlı hücum oldu

"Fənərbaxça”nın keçmiş futbolçusu Serhat Akın silahlı hücuma məruz qalıb. SİA Türkiyə mətbuatına əsasən xəbər verir ki, keçmiş futbolçu canlı yayımdan çıxan zaman silahlı hücuma məruz qalıb. Hücum nəticəsində o, ayağından yaralanıb.

Hadisədən sonra açıqlama verən Serhat Akın deyib: "Proqramdan çıxarkən silahla vuruldum. Ayağımdan atəş açıblar. O anda belə son sözüm "Fənərbaxça" oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə