“Tottenhem” – “Qarabağ” oyunu tıxaca görə gec başlayacaq

UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda bu gün İngiltərədə keçiriləcək “Tottenhem” - “Qarabağ” matçı gec başlayacaq.

SİA-nın əldə etdiyi məlumata görə, buna Londonda yaranan tıxaca görə Ağdam təmsilçisini aparan avtobusun gecikməsi səbəb olub.

Buna görə də UEFA nümayəndələri görüşün Bakı vaxtı ilə 23:00 deyil, 23:35-də start götürməsinə qərar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə