Səfir “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzulayıb

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “Qarabağ” komandasına UEFA Avropa Liqasının Liqa mərhələsində “Tottenhem”lə bugünkü oyunda uğurlar arzulayıb. SİA xəbər verir ki, bu barədə diplomat “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona 4-cü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!”, – paylaşımda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə