Azərbaycanın çimərlik voleybolu komandası EEVZA çempionatında iştirak edəcək

Azərbaycanın çimərlik voleybolu komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, voleybolçular beynəlxalq yarışda iştirak etmək üçün bu gün Gürcüstana yollanıblar.

Sentyabrın 26-dan 29-dək Tbilisi şəhərində keçiriləcək yarışda ölkəmizi 1 kişi komandası (Heydər Məmmədli - Nəriman Bayramlı) təmsil edəcək.

Qeyd edək ki, çempionat iştirakçıları FIVB reytinq xalları qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə