Azərbaycan klubu ABŞ-dən olan basketbolçu ilə anlaşıb

"Gəncə" klubu ABŞ-dən olan basketbolçu ilə anlaşıb. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiəçi Barrel Romelo heyətə cəlb olunub. 26 yaşlı oyunçunun müqaviləsinin müddəti bir mövsümlükdür.

Qeyd edək ki, Barrel Romelo son olaraq Bolqarıstanda "Minyor 2015" klubunun şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə