Bölgə təmsilçisi ABŞ-dən olan daha bir oyunçunu heyətinə qatıb

"Lənkəran" heyətini ABŞ-dən olan daha bir basketbolçu ilə gücləndirib. Bu barədə SİA-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Emanuel Littls ilə birillik müqavilə imzalanıb.

25 yaşlı hücumçu daha əvvəl Avstriyanın “Fleyer Vels”, Bosniya və Herseqovinanın “Posusje” klublarının formasını geyinib.

Qeyd edək ki, cənub klubu buna qədər ABŞ-dən olan Qreqori Milton, Ceremi Berrayt və Maykl Rocersi heyətinə qatıb.

Bundan başqa, Çınar Çakmak (Türkiyə) və yerli basketbolçular Rəşid Abbasov, Varid Ağasızadə, Mirməcid İsmayılov və Zumrat Ankbazovun da keçidi rəsmiləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə