Azərbaycan karateçiləri Budapeştdən üç medalla qayıdıblar

Azərbaycanın yeniyetmə karateçiləri Macarıstanda keçirilmiş "Budapeşt Open" beynəlxalq turnirində uğurla çıxış ediblər. Azərbaycan Karate Federasiyasından (AKF) SİA-ya verilən məlumata görə, idmançılarımız yarışda 3 medal qazanıblar.

Turnirin ilk günündə kata üzrə yeniyetmələr arasında (14-15 yaş) Şəlalə Rüstəmova bütün rəqiblərinə qalib gələrək medal, gənclər arasında (16-17 yaş) Ramilə Heydərova gümüş medala sahib çıxıblar. Yeniyetmə oğlanlar arasında (14-15 yaş) isə Raul Səfərəliyev +70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, "Budapeşt Open" beynəlxalq karate turnirində 42 ölkədən 2191 iştirakçı medallar uğrunda mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə