Kros qaçışı üzrə Bakı şəhər payız çempionatının qalibləri - FOTOLAR

Kros qaçışı üzrə Bakı şəhər payız çempionatının qalibləri müəyyənləşib. Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2004 təvəllüdlü və böyük kişilər arasında 10 km məsafədə Elman Abışov finişə bütün rəqiblərindən daha tez çatıb.

Seymur Hüseynov ikinci, Elmir Əsgərov üçüncü olub.

2009-2010-cu il təvəllüdlü oğlanlar arasında 2 km məsafəyə qaçışı Riad Abbaszadə qalib kimi tamamlayıb. Loğman İsrafilov ikinci, Əli Vəliyev üçüncü pilləni tutub.

2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 3 km məsafəyə qaçışın mükafatçıları Yaşar Əsgər, Ümüd Xudaverdiyev və Tural Atakişiyev olub.

2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 6 km məsafəyə qaçışda müvafiq olaraq Tacəddin Fəzullayev, Mehdi Əkbərov və Səid Məmmədov fərqləniblər.

2004 təvəllüdlü və böyüklər arasında 6 km məsafəyə qaçış üzrə ilk pilləni Yuliya Belkova tutub. Fəridə Rzayeva ikinci, Liliya Smirnova üçüncü olub.

2007-2008-ci il təvəllüdlü qızlar arasında 2 km məsafəyə yarışda İlahə Quliyeva finişə hamıdan tez çatıb. Zəhra Cavadzadə ikinci, Fidan İslamova isə üçüncü yeri tutub.

2005-2006-cı il təvəllüdlü qızlar arasında 4 km məsafəyə qaçışda Milanə Xəlilova finişə birinci, Türkan İslamova isə ikinci çatıb.

2009-2010-cu il təvəllüdlü qızlar arasında 1 km məsafəyə yarışda finişə ilk çatan iştirakçı Nila Heydərova olub. Mələk Hüseynova ikinci, Gülçin Nağıyeva isə üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, yarış sentyabrın 21-də Bakı Dövlət Cıdır Meydanında Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Atletika Federasiyası tərəfindən təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə