Ağstafada futbol festivalı keçirilib - FOTOLAR

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Ağstafa şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün festival keçirilib. SİA assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Festivalın sonunda hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Ağstafa UGİŞM-in direktoru Elşən Yusifov təqdim ediblər.

UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində növbəti belə tədbir Şəki şəhərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə