Akrobatlarımız dünya çempionatında bürünc medal qazanıblar

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü temp hərəkətlərinin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Onlar daha əvvəl qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə