"Mançester Yunayted" Fernandeşə əvəzləyici tapdı

"Mançester Yunayted" 30 yaşlı yarımmüdafiəçi Bruno Fernandeşi uzun müddət əvəzləyə biləcək "Salzburq"un hücumameyilli yarımmüdafiəçisi Oskar Qluxla maraqlanır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə "Fussball News" məlumat yayıb.

Qeyd edək ki, Qlux 2023-cü ilin qışında Təl-Əvivin "Makkabi" klubundan "Salzburq"a keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 65 matçda iştirak edib, 14 qol vurub və 23 məhsuldar ötürmə edib.

Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 25 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə