"Turan Tovuz" bu mövsüm ilk məğlubiyyətini alıb

Futbol üzrə Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, günün yeganə matçında "Turan Tovuz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da tovuzlular mövsümdə ilk dəfə məğlub olublar.

Bu nəticədən sonra Tovuz təmsilçisi 14 xalla 2-ci, Naxçıvan klubu isə 13 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk iki oyununda "Şamaxı" "Kəpəz"ə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlib. Tura sentyabrın 22-də keçiriləcək "Səbail" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun

Bütün xəbərlər Facebook səhifəmizdə