FİFA təcili iclas çağırdı

FİFA prezidenti Canni İnfantino klublararası dünya çempionatı ilə bağlı bir sıra problemləri həll etmək üçün təcili iclas çağırıb. SİA xəbər verir ki, qurum 2025-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan yenilənmiş Klublararası Dünya Çempionatının yayım hüququ üçün alıcı tapmaqda çətinlik çəkir. İnfantino buna görə aparıcı yayım sənayesi rəhbərləri ilə təcili iclas çağırıb.

"The Athletic"in məlumatına görə, iştirak edən klublara yarışa girmək üçün ayrılan pul və ya pul mükafatlarının paylanması barədə məlumat verilməyib. Əvvəlcə aparıcı klubların yenilənmiş turnirdə iştirakına görə təxminən 50 milyon dollar qazanacağı güman edilirdi. Ancaq bu rəsmən təsdiqlənməyib. İnfantino bu problemi də həll etməyə çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə