Fərid Qayıbov Hindistanda beynəlxalq konfransın açılışında

Yeni Dehli şəhərində səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov Hindistan Gənclər və İdman Nazirliyi, Hindistan Milli Antidopinq Agentliyi və UNESCO-nun birgə təşkilatçılığı ilə keçirilən "Antidopinqdə inklüziv landşaftın yaradılması" beynəlxalq konfransının açılış mərasimində iştirak edib. Bu barədə SİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yeni Dehlidə İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyanın Tərəflər Konfransının (COP9) IX Sessiyası Bürosunun ikinci rəsmi iclası da keçirilib. Fərid Qayıbov COP9 Bürosunun vitse-prezidenti olaraq toplantıya qatılıb.

Qeyd edək ki, COP9 Bürosunun birinci rəsmi iclası bu il martın 5-6-da Bakıda baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə