Vinisiusa qarşı irqçilik edən azarkeş cəzalandırıldı

Vinisiusa qarşı irqçilik edən azarkeş cəzalandırıldı

İspaniyada məhkəmə internetdə “Real”ın hücumçusu Vinisius Junioru irqi təhqir edən azarkeşə 60 min avro cərimə kəsib. SİA xəbər verir ki, azarkeş X sosial şəbəkəsində braziliyalı futbolçuya qarşı irqçi ifadələrə yol verib. Cərimə ilə yanaşı, azarkeşə 2 il müddətinə İspaniyanın bütün stadionlarını ziyarət etmək qadağan edilib.

İspaniyada stadionda irqçiliyə görə ilk məhkumluq faktı qeydə alınıb. Üç “Valensiya” azarkeşi Vinisiusu təhqir etdiyinə görə 8 ay həbs cəzası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə