"Kəpəz" portuqaliyalı müdafiəçi transfer edib

"Kəpəz" portuqaliyalı müdafiəçi transfer edib. Klubdan SİA-ya verilən məlumata görə, Dioqu Verdaşka mövsümün sonuna kimi Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

27 yaşlı oyunçunun son klubu İspaniyada Sequnda təmsilçisi "Mirandes" olub. "Portu"nun yetirməsi olan Dioqu Verdaşka İspaniyada "Saraqosa", eləcə də "Beytar" (İsrail) və "Şlensk" (Polşa) klublarında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə