Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Sumqayıtda

Azərbaycanda səfərdə olan Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Mouran Sumqayıt şəhərindəki “Qarabağ NN” klubuna baş çəkib. Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, funksioner idmançılara yaradılan şəraitlə tanış olub, tövsiyələrini verib, karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, qitə idman qurumunun rəhbərinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə