Azərbaycanı basketbol üzrə Çempionlar Liqasında təmsil edən "Sabah" komandası bu gün ilk oyununa çıxıb.
SİA xəbər verir ki, son ölkə çempionu 1/4 finalda İsveçin "Norçeppinq" kollektivini sınağa çəkib. Türkiyənin Antalya şəhərində keçirilən matç rəqibin 71:75 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da "Sabah" Çempionlar Liqasında mübarizəni dayandırıb. Klub yoluna FİBA Avropa Kubokunda davam edəcək
Bütün xəbərlər Facebook səhifəmizdə