AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının VI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə ev sahibi klub 800 manat cərimə edilib.
“Şamaxı” – “Sumqayıt” qarşılaşmasında bölgə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığına üçün klub 700 manat cərimə olunub. Həmin görüşdə “Sumqayıt”ın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “kimyaçılar” 500 manat ziyana düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə