Mbappedən topdaşıyan uşağa jest

Fransa millisinin və “Real Madrid” klubunun futbolçusu Kilian Mbappe hərəkəti ilə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, İspaniya çempionatının 5-ci turu çərçivəsində “Real Sosyedad”la səfər oyununda (2:0) əvəzləndikdən sonra topdaşıyan uşağa jest edib. 26 yaşlı fransız forvard ehtiyat oyunçular skamyasına əyləşdikdən sonra topdaşıyan uşağa formasını bağışlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə