"Barselona"dan Yamalla bağlı yeni qərar

"Barselona" futbolçusu Lamin Yamalla yeni müqavilə imzalamaq niyyətindədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, yeni müqavilə ilə onun maaşı xeyli artırılacaq. Müqavilənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Lamin Yamal ötən mövsüm "Barselona"nın heyətində 53 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə