"Bayern"in və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix karyerasını PSJ-də davam etdirə bilər. SİA xəbər verir ki, bu barədə Münhen klubunun idman direktoru Maks Eberl açıqlama verib. O, parislilərin 29 yaşlı futbolçuya olan marağından danışıb: "PSJ Kimmixlə çox maraqlanır və Coşua artıq onlarla danışıb. Buna icazə verilir. Amma biz onun və Camal Musialanın “Bayern”in siması olmasını istəyirik”.
Qeyd edək ki, Kimmixin "pivəçilər"lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. Ötən mövsüm o, bütün turnirlərdə 43 matçda 2 qol vurub, 10 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə