Premyer Liqa: “Qarabağ” “Səbail”i məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, Ağdamın “Qarabağ” klubu Bakının “Səbail” klubunu qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün ilk oyununda “Şamaxı” doğma meydanda “Sumqayıt”ı 1:0 hesablı ilə məğlub edib. Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə” – “Neftçi” və “Sabah” – “Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə