Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan paracüdoçusu İlham Zəkiyevin “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanması ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib.
SİA paylaşımı təqdim edir: “Növbəti qələbəmiz! İlham Zəkiyev “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazandı! Gərgin əməyinə və qələbə əzminə görə paracüdoçumuza təşəkkür edirəm! Milli yığmamızın bütün üzvlərinə yeni qələbələr və nailiyyətlər arzulayıram!”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB