Azərbaycan Basketbol Liqasında Qubanı təmsil edən komanda olacaq

Azərbaycan Basketbol Liqasının 2024-2025-ci illər mövsümündə yeni adla daha bir komanda mübarizə aparacaq. SİA xəbər verir ki, 12 klubun çıxış edəcəyi ölkə çempionatında “Quba” kollektivi də olacaq. Şimal təmsilçisi liqada “Cəlilabad”ı əvəzləyib.

Bölgə təmsilçisinin baş məşqçi postuna isə ötən mövsüm “Cəlilabad”a rəhbərlik edən Şəhriyar Əsgərov təyin olunub.

Artıq komandanın heyətinə 4 amerikalı basketbolçu cəlb edilib. Bunlar Davonet Qraven, Kameron Cons, Malik Hant və Simon Kirklanddır. Həmin oyunçularla 1 illik müqavilə imzalanıb.

Ötən mövsüm “Cəlilabad”ın heyətində forma geyinən Zaur Paşayev, Fikrət Paşayev, Andrey Kondratiyev və Levan Qoqaladze (Gürcüstan) də “Quba” komandasına keçiblər.

Qeyd edək ki, Azərbaycan Basketbol Liqasının yeni mövsümündə “Lənkəran” və MOİK kollektivləri də debüt edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə