Yerli gənc futbolçular və məşqçi heyəti ilə növbəti görüş keçirilib - FOTOLAR
29 avqust 2024-cü il tarixdə AFFA və Uşaq Gənclər Futbol Federasiyanın (UGFF) təşkilatçılığı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində “İdmanı inkişaf etdirək layihəsi” çərçivəsində yerli gənc futbolçular və məşqçi heyəti ilə görüş keçirilmişdir. SİA xəbər verir ki, bu tədbirdə UGFF-nın prezidenti Asif Əliyev, baş katib Asim Xudiyev, Azərbaycanın tanınmış veteran futbolçuları Şakir Qəribov, Yaşar Vahabzadə, Novruz Əzimov, qəsəbə icra nümayəndəsi və valideynlər iştirak ediblər.
Tədbirin sonunda yerli kluba və oyunçulara UGFF tərəfindən futbol geyimləri və toplar hədiyyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB