Deku “Barselona”dan gedir..?

“Barselona”da ayrılıq baş verə bilər. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu dəfə futbolçu və ya məşqçi deyil, rəhbər heyətdə istefanın reallaşması gözlənilir.

Belə ki, kataloniyalıların idman direktoru Deku postunu tərk etmək fikrinə düşüb. Portuqaliyalı mütəxəssis klubda yaranmış çətin şərtlərdən məyusluq yaşayır. Üstəlik, baş tutmayan bəzi transfer danışıqlarına görə azarkeşlər onu hədəfə alıb.

Bütün bunları nəzərə alan Deku istefa vermək fikrindədi.

Bütün xəbərlər Facebook səhifəmizdə