Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun "Dinamo" (Minsk) klubu UEFA Konfrans Liqasının qrup mərhələsindəki ev oyunlarını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirəcək. SİA-nın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Minsk klubu oktyabrın 3-də, saat 20:45-də Şotlandiyanın "Harts", noyabrın 28-də, saat 21:45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də, saat 21:45-də Şimali İrlandiyanın "Larn" kollektivini Sumqayıtda qəbul edəcək.

Qeyd edək ki, qarşılaşmalar azarkeşsiz keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə