Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb - Paris-2024
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında medal sıralamasında 31-ci pillədə qərarlaşıb. SİA-nın məlumatına görə, yığmanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var.
Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Siyahıya Çin (33 qızıl, 27 gümüş, 11 bürünc) başçılıq edir. Böyük Britaniya (23 qızıl, 12 gümüş, 8 bürünc) ikinci, ABŞ (8 qızıl, 11 bürünc, 8 bürünc) üçüncüdür.
Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB