"Ürəyim "Atletik"ə məxsusdur..."

Uilliams "Barselona"ya keçməmək qərarına gəlib
"Ürəyim "Atletik"ə məxsusdur..."

... “Atletik” Bilbao-nun cinah oyunçusu Nico Uilliams, keçən yay "Barselona"nın onunla maraqlandığını təsdiqləyib və Kataloniya klubuna keçiddən niyə imtina etdiyini də izah edib.

Onun dediyinə görə, böyük klubların sizin adınızı maraq dairəsinə daxil etməsi həmişə xoşdur, amma mənim üçün burada olmaq istədiyim həmişə aydın idi. Bu klub üçün yaxşı bir şey etmək istəyim böyükdür.

Barselona ilə danışıqlar gedir? Bu, mənim nümayəndəmə aid olan məsələdir. Müxtəlif klublarla çoxlu yaxınlaşmalar oldu, amma ürəyim “Atletik”ə məxsusdur və mən burada qalmaq istəyirəm. Bununla belə, gələcəkdə nə baş verəcəyini heç kim bilmir.

SİA-nın əldə etdiyi məlumata görə, “Sport.es” DAZN-ə istinadən Uilyamsın sözlərini sitat gətirib.

Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə