"Arsenal"ın hücumçusu "Kristal Pelas"da

"Arsenal"ın hücumçusu "Kristal Pelas"da

"Kristal Pelas" "Arsenal"ın hücumçusu Eddi Nketianı transfer edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat paylaşıb.

Niketia ilə 5 illik müqavilə imzalanıb. 25 yaşlı ingilis üçün "topçular" 29,7 milyon avro alıb.

Qeyd edək ki, Nketia "Arsenal"ın yetirməsidir və ötən mövsüm Premyer Liqada 27 matçda 5 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə