“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı

“Turan Tovuz” “Səbail”ə, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı

Bu gün Azərbaycan Premyer Liqasında V tura start veriləcək. SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Turan Tovuz” “Səbail”i qəbul edəcək. Tovuz şəhər stadionunda oynanılacaq görüş saat 17:45-də başlayacaq. Oyunun baş hakimi Rəşad Əhmədov olacaq.

Hazırda bölgə təmsilçisi 10 xalla turnir cədvəlinə başçılıq edir. 4 xalı olan Bakı klubu isə 6-cıdır.

Günün digər qarşılaşması Sumqayıtda yerli komanda ilə “Araz-Naxçıvan” arasında baş tutacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Dörd turdan sonra “gənclik şəhəri” təmsilçisi 6 xalla 5-ci, Naxçıvan komandası isə 4 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə