Ölən futbolçunun maaşı ailəsinə veriləcək

Ölən futbolçunun maaşı ailəsinə veriləcək

Matç zamanı huşunu itirib 5 gün sonra vəfat edən “Nasional” futbol klubunun uruqvaylı futbolçusu Xuan İzquierdonun maaşı ailəsinə veriləcək. SİA xəbər verir ki, bu barədə klubun prezidenti bildirib. Belə ki, ailə futbolçunun 2032-ci ildə bitəcək müqaviləsinə qədər onun əməkhaqqını almağa davam edəcək.

Müqavilə başa çatdıqdan sonra isə klub ailəyə dəstəyini dayandırmayaraq onlara xüsusi bir məbləğ ödəməyi planlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə