Tərlan Əhmədov "Qarabağ" "Dinamo" oyunu barədə VACİB MƏQAMLARI AÇIQLADI
"Qarabağın oyunu barədə proqnoz vermək çətin məsələdir. Çünki 3-0 biraz böyük hesabdır. Yəni, Çempionlar Liqasında məğlubiyyət bir balaca problem yaradır. Cavab görüşündəki üç topla yenidən qalib gəlməklə inanmıram ki, "Dinamo" Zaqreb komandası açıq futbola getsin. Çünki "Qarabağ"ın gücünə bələddirlər və aşağı-yuxarı analiz edirlər". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu və baş məşqçi Tərlan Əhmədov deyib.
Tərlan Əhmədov sözlərinə belə davam edib: "Yəni, rəqibin məlumatı var və inanmıram ki, rəqib açıq futbola getsin. Rəqib çalışacaq ki, qapalı oynasın və əks hücumlarda "Qarabağ"dan xal ala bilsin, yaxud mərhələ keçmək üçün qol vura bilsin. Bu mənada "Qarabağ"ın işi asan deyil.
"Qarabağ"ın müdafiəsində də böyük problemlər var. Buraxılan qollar, müdafiədə boşluqlar problemdir. Bu problemlər həddindən artıq qabarıq şəkildə biruzə verilir. "Qarabağ"ın hücum xətti mükəmməldir və istədiyi vaxtda oyunu çevirə bilərlər. Amma "Qarabağ" qol vura bildiyi qədər də buraxır. Hər halda "Dinamo" Zaqreb çalışacaq ki, birinci oyunca buraxdığı səhvləri bu oyunda buraxmasın.
Düşünürəm ki, "Qarabağ" üçün ağır olacaq. Amma mümkün olmayan iş yoxdur. Hər halda "Qarabağ" qalib də gələ, mərhələ də keçə bilər. Buna ümid edək. Arzu edək ki, "Qarabağ" bu mərhələni keçsin və Çempionlar Liqasının qrup mərhələsinə düşsün. İstərdik ki, yenidən bu sevinci yaşayaq.
Bu gün hər iki komanda üçün çox ağır oyun olacaq. Bir komanda çalışacaq ki, qapalı oynasın. "Qarabağ" da çalışacaq ki, ilk mərəhələlərdən qol vursun. Mübarizəli oyun gedəcək. Hər şey axşam bəlli olacaq. Ümidimiz, yaşanacaq möcüzəyədir. Hər halda Qurban Qurbanov da bilir ki, hansı boşluqlar olub. Düşünürəm ki, bunun üzərində işlənilib. Çalışılmalıdır ki, müdafiədəki boşluqlar minimuma endirilsin. Boşluqlar olmasa, "Qarabağ"ın qalib gəlməyi rahat olacaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB