"Fənərbaxça"lı futbolçu üçün Braziliyada skandal yaşandı

"Fənərbaxça"lı futbolçu üçün Braziliyada skandal yaşandı

Braziliyada transfer dönəminin bitməsinə bir həftədən az vaxt qaldığı bir vaxtda “Fənərbaxça”nın futbolçusu Luan Peres uğrunda böyük mübarizə gedir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Fənərbaxça"lı futbolçu üçün üç Braziliya klubu mübarizə aparır. Heyətdə özünə yer tapa bilməyən və özünə komanda axtaran Luan Peres üçün "Vasko", "Bahia" və "Santos" mübarizə aparır.

Hər üç klub futbolçu ilə görüşlər keçirib. Peres də müqavilənin ləğvi üçün "Fənərbaxça" ilə danışıqlar aparır. Braziliyalı futbolçu xitamdan sonra qərarını vermək niyyətindədir. Lakin hələlik bu baş verməyib. "Vasko" futbolçunu icarəyə götürmək istəyirdi. "Santos" və "Bahia" onun transfer haqqını almaq istəyir. "Vasko da Qama" oyunçuya ilk 11 zəmanət də təklif edir. "Bahia" isə zirvəni hədəfləyir və futbolçunu bu yolla razı salmağa ümid edir. "Santos"un kozu odur ki, futbolçu əvvəllər bu komandada çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə