Çempionlar Liqası: “Qalatasaray" mübarizəni dayandırıb

Çempionlar Liqası: “Qalatasaray" mübarizəni dayandırıb

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib. SİA xəbər verir ki, Türkiyənin "Qalatasaray" klubu doğma meydanda İsveçrənin "Yanq Boyz" komandasını qəbul edib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın 88-ci dəqiqəsində "Qalatasaray"ın qapıçısı Fernando Muslera qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

İlk görüşdə də rəqibinə (2:3) məğlub olan İstanbul təmsilçisi turnirlə vidalaşıb və yoluna Avropa Liqasında davam edəcək.

Liqa mərhələsinə vəsiqə qazanan digər komandalar isə "Sparta" (Praqa, Çexiya) və "Zaltsburq" (Avstriya) olub.

Qeyd edək ki, pley-off mərhələsinin digər 4 oyunu avqustun 28-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə