İspaniya millisinin üzvü "Arsenal"da

İspaniya millisinin üzvü "Arsenal"da

"Arsenal" heyətinə yeni oyunçu cəlb edib.

SİA Qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Real Sosyedad"dan Mikel Merinonun transferini açıqlayıb.

"Topçular" 28 yaşlı dayaq yarımmüdafiəçisi üçün 32 milyon avro təzminat ödəyib.Onunla 2028-ci ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, İspaniya millisini ilə Avro-2024-ün qalibi olan Merino "Real Sosyedad"la ümumilikdə 242 rəsmi matçda 27 qol vurub, 30 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə