Ronaldo özünü məşqçi kimi görmədiyini deyib

Ronaldo özünü məşqçi kimi görmədiyini deyib

...Portuqaliyalı hücumçu Kriştiano Ronaldo futbolçu karyerasını bitirdikdən sonra məşqçilik karyerasına başlamağı planlaşdırmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, 39 yaşlı futbolçunun sözlərini A Bola sitat gətirir.

Keçən ildən Səudiyyə Ərəbistanında "Əl-Nasr"da çıxış edən Ronaldo, Portuqaliya millisindən ayrılma qərarının "kortəbii", lakin düşünülmüş olacağını söyləyib.

...Hazırda hansısa komandanın məşqçisi olmaq fikri ağlıma gəlməyib. Mən belə bir gələcək görmürəm,- deyən Ronaldo, futboldan başqa...başqa işlərlə də məşğul olacağını qeyd edib.

...Xatırladaq ki, portuqaliyalı "France Football" jurnalına görə dünyanın ən yaxşı futbolçusu mükafatı olan "Qızıl top"un beşqat qalibi, Avropa çempionu (2016) və Çempionlar Liqasının beşqat qalibidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə