Xames Rodriqes "Rayo Valyekano"da...

Xames Rodriqes "Rayo Valyekano"da...

"Real" sabiq futbolçusu Xames Rodriqes İspaniya çempionatına qayıdıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Rayo Valyekano" yarımmüdafiəçi ilə müqavilə imzaladığını açıqlayıb.

Tərəflər arasında müqavilənin maliyyə detalları açıqlanmayıb. 33 yaşlı futbolçu ilə müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, kolumbiyalı ispan klubuna azad agent kimi keçib. Onun son klubu braziliyalı "San Paulo" olub.

Bütün xəbərlər Facebook səhifəmizdə