Ukraynalı atlet dopinqdə “ilişdi”

Ukraynalı atlet Natalya Leqonkova antidopinq qaydalarını pozduğuna görə yarışlardan müvəqqəti kənarlaşdırılıb. SİA xəbər verir ki, bu barədə atletikada neqativ hallarla mübarizə üzrə müstəqil qurumun “Athletics Integrity Unit” (AIU) məlumat yayıb. 41 yaşlı idmançının dopinq nümunəsində qadağan olunmuş eritropoetin aşkarlanıb.

Leqonkova Tuluza (2012), Belfast (2013), Los Anceles (2016) və Dublində (2015, 2017) marafonlarda qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə