Klublar Komitəsinin iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda milli assosiasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Azərbaycan Premyer Liqası klublarının nümayəndələri iştirak ediblər.

İclasda daha məhsuldar və səmərəli fəaliyyət göstərməsi üçün Klublar Komitəsinin formatının yenilənməsinə dair təkliflərin hazırlanması, növbəti toplantıda sözügedən təkliflərin müzakirə olunub, AFFA rəhbərliyinə müraciət edilməsi qərara alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə