Azərbaycanın kişilərdən ibarət millisi məğlub olub - Azərbaycanın kişilərdən ibarət millisi məğlub olub

Azərbaycanın 3x3 basketbol üzrə kişilərdən ibarət millisi Avstriyanın paytaxtı Vyanada keçirilən Avropa Kubokunda mübarizəyə başlayıb. SİA-nın məlumatına görə, yığma C qrupundakı ilk matçında Niderlandla üz-üzə gəlib.

Komandamız "narıncılar"a 9:21 hesabı ilə məğlub olub.

Seçməmizin növbəti sınağı sabah meydan sahiblərinə qarşı olacaq. Görüş saat 19:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti raunda yüksələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə