"Araz-Naxçıvan" klubunun futbolçusu əməliyyat olunub

"Araz-Naxçıvan" klubunun futbolçusu əməliyyat olunub

"Araz-Naxçıvan" klubunun futbolçusu Karlos Jatoba əməliyyat olunub. Naxçıvan təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarımmüdafiəçi Türkiyənin İstanbul şəhərində axill tendon nahiyəsindən cərrahi müdaxiləyə ehtiyac duyub.

Türkiyə millisinin həkimi Berkin Toker tərəfindən aparılan əməliyyat uğurlu alınıb. Oyunçu avqustun 27-də Bakıya qayıdacaq.

Qeyd edək ki, yarımmüdafiəçi mövsümün ilk oyunu olan “Qarabağ”la matçda (1:4) forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə