“Real Madrid”in yeni futbolçusu Kilian Mbappe tennisçi Rafael Nadala La Liqada debüt oyununda geydiyi formanı hədiyyə edib. Bazar günü “Real Madrid” İspaniya çempionatının 1-ci turu çərçivəsində səfərdə “Malyorka” ilə heç-heçə edib (1:1). SİA xəbər verir ki, oyun başa çatdıqdan sonra fransalı tribunada ispaniyalıya formasını hədiyyə verib. Nadal “Real” azarkeşidir və Manakorda – Malorkada doğulub. O, matça xüsusi qonaq kimi dəvət olunub. Mbappe bu yay azad agent kimi PSJ-dən “Real”a keçib
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB