"Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

"Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Xorvatiyada yerli "Dinamo" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları bəlli olub. SİA-nın məlumatına görə, qarşılaşma İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Qlenn Nyuberqə Mahbod Beiqi və Andreas Söderkvist köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Adam Ladeback yerinə yetirəcək.

VAR-da almaniyalı Bastian Dankert AVAR-da onun həmyerlisi Yohann Pfeifer əyləşəcək.

Qeyd edək ki, avqustun 20-də "Maksimir" stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab oyunu avqustun 28-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə